Paytaxt Beyrutda baş verən partlayışdan sonra Livana gələn Fransa Prezidenti Emanuel Makron Türkiyəni hədəf alıb.
Teleqraf.com xəbər verir ki, Makron ölkəsinin Livanın daxili işlərinə qarışmaq ittihamlarını da rədd edib.
“Əsas məsələ qardaşlıq və yardımdır. Yanılmayın! Çoxtərəfli əməkdaşlığa üstünlük verən və Livan xalqının maraqlarına inanan Fransa öz rolunu oynamasa, türklər, iranlılar və səudlar Livanın daxili işlərinə qarışacaq. Bu ölkələrdən bəziləri bunu öz geosiyasi və iqtisadi maraqları üçün edəcək”, - Makron bildirib.
Dünən Livana gələn Fransa prezidenti livanlı həmkarı Mişel Aunla partlayışın baş verdiyi Beyrut limanına gedib. Makron, eyni zamanda Livan Baş naziri Həsən Diab və spiker Nəbih Berri ilə görüşüb.