9 Avqust 2020 19:42
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə həyata keçirilən davamlı antiterror əməliyyatları nəticəsində daha iki terrorçu məhv edilib.

Teleqraf.com xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayıb. Bildirilir ki, Mardin bölgəsində məhv edilən hər iki terrorçu silahlı olub.

Milli Müdafiə Nazirliyi isə İraqın şimalında yerləşən PKK terrorçularının məqsədli şəkildə İraq-Türkiyə sərhədində yerləşən meşə zolaqlarında yanğın törətdiyinə dair videomaterial yayıb. Kadrlardan görünür ki, PKK terrorçuları meşəni yandıraraq alovun Türkiyə hərbi birliklərinin yerləşdiyi yerlərə tərəf yayılmasına çalışırlar. Görüntülər pilotsuz kəşfiyyat aparatları ilə çəkilib.


Müəllif: Teleqraf.com