Avstraliyada Müslüm Maqomayevin adını daşıyan yüksək sürətli sərnişin gəmisinin tikintisi başa çatıb. Teleqraf.com-un məlumatına görə, inşa edilmiş bu gəmi Xəzər dənizində hərəkət edəcək.
Gəminin suya salınması mərasimi təmtəraqlı keçib və yerli telekanallar tərəfindən dolğun şəkildə işıqlandırılıb. Uzunluğu 70 metr, eni isə 17 metr olan gəmi Tasmaniya adasındakı tərsanədə suya endirilib.
İnşası bir il ərzində başa çatmış sürətli gəmi 14 heyət üzvü və 150 sərnişin ilə birlikdə 200 ton yük daşımaq qabiliyyətinə malikdir. Xüsusi istirahət otaqları və VİP kabinələri olan gəmi beynəlxalq standartlara tam uyğundur.