Amerika lideri Donald Tramp keçmiş müşaviri Con Boltonun Rusiya Prezidenti Vladimir Putinə ABŞ kəşfiyyatından daha çox etibar etdiyinə dair açıqlamalarını “yalan” adlandırıb.
Teleqraf.com xəbər verir ki, prezident Boltonun axmaq insanlardan biri olduğunu bildirib.
“Con Bolton hökumətdə tanış olduğum ən axmaq insanlardan biri idi. Tez-tez ABŞ kəşfiyyatından daha çox Rusiya Prezidenti Vladimir Putinə çox hörmət etdiyimi və hətta güvəndiyimi bildirir. Bu, əlbəttə ki, doğru deyil”, - Tramp bildirib.