11 Avqust 2020 19:57
489
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son sutkada ABŞ-da COVID-19-dan 653 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, bununla ABŞ-da koronavirusdan ölənlərin sayı 166 273 nəfərə çatıb.

Bildirilib ki, son sutkada ölkədə koronavirusa 52 708 yeni yoluxma faktı qeydə alınıb, ümumilikdə yoluxma sayı 5 253 765-ə çatıb.

Xəstəlikdən sağalanların sayı isə 2 717 000 nəfərdir.

Qeyd edək ki, ABŞ koronavirusa yoluxma sayına görə ilk yerdədir.


Müəllif: Teleqraf.com