100-ə yaxın erməni Livana humanitar yardım göndərən təyyarələrlə Ermənistana gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan açıqlama verib.
“Üçüncü təyyarə bir neçə saat əvvəl yerə endi. Səlahiyyətli strukturlar evsiz qalmış və vətənlərinə qayıtmaq istəyən Ermənistan Respublikası vətəndaşları haqqında məlumat toplayırlar. Çıxışlarımın birində qeyd etdim ki, Ermənistana qayıdan vətəndaşlarımızın ehtiyaclarını tez bir zamanda qiymətləndirə bilməliyik ki, öz vətənlərində asanlıqla məskunlaşsınlar”, - Paşinyan qeyd edib.
Əlavə edək ki, Ermənistan tərəfi Beyrut limanında baş verən partlayışdan sonra açıqlama yayaraq, Livanda yaşayan 100-150 erməni ailəsini qəbul etməyə hazır olduqlarını bildirmişdi.
İşğalçı ölkənin mətbuatı livanlı erməni ailələrinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yerləşdirilə biləcəyini yazmışdı.