Türkiyədə son 24 saat ərzində daha 18 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 891 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 1 212 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 244 392 nəfərə çatıb.
Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı 227 089 nəfər təşkil edir.