18 Avqust 2020 11:16
3 463
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın Deyrizor bölgəsində ərəb tayfaları ilə PKK/YPG terror təşkilatı arasında baş verən gərginlik qarşıdurmaya çevrilir.

Teleqraf.com xəbər verir ki, bölgədə iki tayfa liderinin terrorçular tərəfindən öldürülməsindən sonra ərəblər ABŞ-ın Əl-Ömərdəki bazasında YPG nümayəndələri ilə görüş keçiriblər.

Görüşdə tayfaların liderləri ABŞ-ın PKK/YPG təşkilatlarına dəstək verdikləri halda, bölgədəki ərəb birliklərinə yardım edilmədiyi bildirilib. Tayfa liderləri ərəblərin də daha güclü mövqelərə gətirilməsini və neft gəlirlərindən pay istəyiblər.

PKK/YPG-nin təklifi qəbul etməməsindən sonra tərəflər arasında qarşıdurma baş verib. Bölgədəki tayfalar YPG-yə qarşı 1000 nəfərlik silahı dəstə toplayıb. Qarşıdurma nəticəsində Cədid Bəqərə, Birəhiyyə və Əl-Dəhlə kəndləri ilə yanaşı, Əl Biseyrə qəsəbəsi PKK/YPG terrorçularından geri alınıb.

Təşkilatın 5 qərargahı və cəbbəxanalarını ələ keçirən tayfalar silahları müsadirə edərək götürüblər. Terrorçuların bölgədən qaçması ilə qarşıdurma dayanıb.

Ərəb tayfaları bölgədən tamam çıxması üçün PKK/YPG-yə vaxt verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər