İsrail və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında imzalanan sazişdə ABŞ-ın BƏƏ-yə silah transferinə icazə verən gizli maddənin olduğu iddia edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə İsraildə nəşr olunan “Yediot Axronot” qəzeti məlumat yayıb.
Məlumata görə, anlaşma ABŞ istehsalı “F-35” döyüş qırıcıları və Pilotsuz Uçan Aparatların (PUA) texnologiyasının BƏƏ-yə satılmasının önünü açacaq. Bununla BƏƏ-nin ABŞ-ın bölgədəki əsas dayanacağı olacağı bildirilib. Ərəb ölkəsinin bu məqsədlə 23 milyard dollar ayırdığı da iddialar arasındadır.
İsrail Baş naziri Binyamin Netanyahu isə Təl-Əviv və Əbu Dabi arasında sazişin imzalanmasından sonra ABŞ-ın BƏƏ-yə “F-35” qırıcıları satacağı ilə bağlı məlumatların həqiqəti əks etdirmədiyini deyib.
Baş nazir sazişdə gizli maddənin yer almadığını vurğulayıb.