22 Avqust 2020 00:59
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada COVID-19 xəstəliyinə səbəb olan koronavirus infeksiyasına yoluxanların sayı 23 milyon nəfəri ötüb.

Teleqraf.com pandemiyanın statistikasını aparan “Worldometer” saytına istinadla xəbər verir ki, avqustun 20-də dünyada koronavirusa 267 min 532 nəfər yoluxub, 6 min 182 nəfər isə dünyasını dəyişib.

Saytın məlumatına əsasən, hazırda dünyada koronavirus infeksiyasına yoluxanların sayı 23 milyon 17 min 521, ölənlərin sayı isə 799 min 763 nəfərə çatıb. Eyni zamanda, 15 milyon 631 min 512 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 6 milyon 631 min 512 xəstədən 61 min 811 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 5 milyon 768 min 900 nəfərə çatıb. Yoluxma sayına görə ABŞ-dan sonra ikinci yeri Braziliya tutur - 3 milyon 513 min 39 nəfər. Hindistanda 2 milyon 973 min 317 nəfər, Rusiyada 946 min 976, Cənubi Afrika Respublikasında 599 min 940, Peruda isə 567 min 59 nəfər COVID-19 xəstəliyinə yoluxub.

ABŞ COVID-19 xəstəliyindən ölənlərin sayına görə də dünya lideridir – 177 min 831 nəfər. İlk beşliyə daxil olan Braziliyada 112 min 670, Meksikada 59 min 106, Hindistanda 55 min 928, Böyük Britaniyada isə 41 min 405 nəfər koronavirus səbəbindən həyatını itirib.

Qeyd edək ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də ölkənin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Ümumdünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni növ koronavirusun səbəb olduğunu müəyyən edib və sonradan həmin xəstəlik rəsmən COVID-19 adını alıb. Mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni növ koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər