26 Avqust 2020 00:58
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə son sutka ərzində yeni növ koronavirus infeksiyasından 24 nəfər ölüb.

Bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün sosial media hesabında yazıb.

Bildirilir ki, son 24 saatda 98 231 şübhəli koronavirus testindən keçib, onlardan 1502-nin cavabı pozitiv çıxıb, ağır xəstə sayı 811 nəfər olub, 887 xəstə isə sağalaraq evə buraxılıb.

Türkiyədə ümumilikdə 261 194 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 238 795 nəfər sağalıb, 6163 nəfər ölüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər