İsrail Silahlı Qüvvələri Livan ərazilərini bombardman edib.
Teleqraf.com xəbər verir ki, İsrail ordusunun bu addımı Livan tərəfindən sərhədlərin pozulması ittihamı ilə atdığı bildirilib.
Silahlı Qüvvələrin işıqlandırma fişəngləri və fosfor bombalarından istifadə etdiyi vurğulanıb. Hücumdan əvvəl Livanla sərhəd bölgələrində yaşayan vətəndaşlara evlərindən çıxmamaq xəbərdarlığı edilib.
İsrail mediası hadisənin Baş nazir Binyamin Netanyahunun bölgədə olduğu vaxt baş verdiyini yazıb.