12 Oktyabr 2014 20:08
5 553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 12-də İspaniyada milli bayram - İspanidad günü qeyd olunur. Digər ispandilli ölkələrdə Kolumb günü də adlandırılan bu gün 1492-ci il oktyabrın 12-də Xristofor Kolumbun Amerika qitəsinə ayaq basdığı gündür.

Buna görə də bu bayram bütün ispandilli ölkələrdə, hətta ispan dili və mədəniyyətinin hakim olduğu bəzi Afrika və Okeaniya ölkələrində də qeyd edilir.

Teleqraf.com-un məlumatına görə, bayram münasibətilə Madridin mərkəzi meydan və küçələrində kütləvi tədbirlər keçirilib. Üç min əsgərin, hərbi hava qüvvələrinə məxsus təyyarələrin qatıldığı paradı on minlərlə Madrid sakini və turist izləyib.

Kral VI Felipe və ailəsi, Baş nazir Mariano Raxoy və digər rəsmilərin də qatıldıqları mərasim yerli televiziya kanalları ilə canlı yayımlanıb.


Müəllif:

Oxşar xəbərlər