Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Fransanın Cənubi Kiprə döyüş təyyarələri göndərməsinə cavab verib.
Teleqraf.com xəbər verir ki, Aksoy fransız qırıcılarının Cənubi Kipr, Yunanıstan və İtaliya ilə keçirilən birgə hərbi təlim bəhanəsi ilə adaya göndərilməsinin və birdəfəlik ora yerləşdirilməsinin 1960-cı ildə imzalanmış anlaşmalara uyğun gəlmədiyini bildirib.
“Kipr adasının qarantı olmayan Fransa bu addımı ilə Aralıq dənizinin şərqindəki gərginlikdən məsuliyyət daşıyan Yunanıstan və Cənubi Kipri bölgədəki gərginliyi artırmağa təşviq edir. Bir daha xatırladırıq: Aralıq dənizinin şərqində Türkiyə və Şimali Kipri (Türk) sıxışdırmağa çalışan bütün səylər məyusluqla nəticələnəcək”, - XİN-in rəsmi nümayəndəsi qeyd edib.