28 Avqust 2020 12:23
990
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasını “Amerikanın həyat tərzini məhv edəcək radikal hərəkat” adlandırıb.

Teleqraf.com xəbər verir ki, o, bunu Respublikaçılar Partiyasının konqresindəki çıxışı zamanı deyib.

Tramp həmçinin Demokratlar Partiyasından prezidentliyə namizəd Co Baydenin Amerika ruhun xilaskarı olmadığını, Amerikanın işlərini pozduğunu söyləyib.

Ağ Evin başçısı əlavə edib ki, Demokratlar ABŞ-ı “şər ölkəsi” olaraq görürlər.

Tramp bundan əvvəl Demokratlar Partiyasının noyabrda keçiriləcək prezident seçkilərində yalnız səslərin saxtalaşdırılması yolu ilə qalib gələ biləcəyini söyləmişdi. Prezident Demokratların yaxınlaşan seçkiləri “oğurlamaq” istədiklərini vurğulamışdı.

ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçiriləcək. Son sorğuya görə, respondentlərin 50 faizi Demokratların namizədinə səs verməyə hazırdır. Tramp və hazırkı vitse-prezident Mayk Pens potensial seçicilərin 46 faizinin səsini qazanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər