28 Avqust 2020 14:07
2 130
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney azərbaycanlı milli fəal Muxtar İbrahimi İranın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb.

Teleqraf.com xəbər verir ki, fəalın hansı səbəbdən tutulduğu və hara aparıldığı barədə məlumat yoxdur.

Təhlükəsizlik orqanlarının əməkdaşları İbrahiminin evinə gedərək ona aid bir sıra şəxsi əşyaları müsadirə ediblər.

Fəal bundan əvvəl də Güney Azərbaycan türklərinin demokratik və milli haqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə İranın aidiyyəti qurumları tərəfindən saxlanılıb, həbs edilib və müxtəlif təzyiqlərə məruz qalıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər