1 Sentyabr 2020 21:09
1 772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Administrasiyasının konfrans mərkəzində “2020-2021 Ədalət İli”nin başlanması münasibətilə rəsmi mərasim keçirilib.

Teleqraf.com xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan mərasimdə çıxış edərək Türkiyədə ədliyyənin tarixindən, bu sahədə aparılan islahatlardan, hüquq sistemində fəaliyyətin təkmilləşdirilməsi tədbirlərindən, eləcə də gündəlikdəki məsələlərdən danışıb. “Ədalət mülkün təməlidir” ifadəsini xatırladan Türkiyə dövlətinin başçısı diqqətə çatdırıb ki, demokratiyanı gücləndirmək, hüquq və azadlıqları qorumaq atılan hər bir addımda əsas hədəf kimi götürülür.

Qeyd edək ki, Türkiyə qanunvericiliyinə görə, hər il iyulun 20-də ədliyyə sistemində çalışanların məzuniyyətə çıxması ilə əlaqədar olaraq “Ədalət tətili” elan olunur. Sentyabrın 1-də isə ənənəvi olaraq yeni “Ədalət İli”nə start verilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər