4 Sentyabr 2020 00:38
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son sutka ərzində Pakistanda COVID-19-dan 576 nəfər xəstələnib ki, bununla da infeksiyaya yoluxanların sayı 297 min 14 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, son sutkada virusdan 10 nəfər həyatını itirib. Ölkə üzrə infeksiyadan vəfat edənlərin sayı 6 min 328 nəfər olub.

Hazırda müalicə müəssisələrində 8 min 761 xəstə var, onların 585-i ağır vəziyyətdədir.

Vurğulanır ki, pandemiya dövründə virusdan 281 min 925 xəstə sağalaraq evə buraxılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər