5 Sentyabr 2020 11:28
3 851
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp rusiyalı müxalif siyasətçi Aleksey Navalnı ilə bağlı vəziyyətdən danışıb.

Teleqraf.com xəbər verir ki, Tramp hələ Amerikanın əlində Navalnının zəhərləndiyinə dair dəlilin olmadığını söyləyib.

Ancaq bunu öyrənəcəyinə söz verib.

Prezident Almaniyanın zəhərlənmə ittihamı ətrafında aparılan araşdırmaların nəticələrinə inanmamaq üçün bir səbəb olmadığını söyləyib. Lakin Tramp hesab edir ki, Almaniya bu məsələyə görə Rusiyaya qarşı tədbirlər görməyəcək.

Aleksey Navalnı avqustun 20-də Moskvaya uçuş zamanı xəstələnib, Omskdakı bir xəstəxanaya yerləşdirilib. Siyasətçi ayın 22-də Almaniyaya aparılıb. Almaniya Kansleri Angela Merkel sentyabrın 2-də Aleksey Navalnının “Noviçok”la zəhərləndiyini açıqlayıb, buna görə Moskvanı ittiham edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər