Rusiya Dövlət Dumasının deputatları dövlət və peşə sirlərinin yayılmasına görə cərimələrin artırılması təklifi ilə çıxış edəniblər.
Teleqraf.com xəbər verir ki, bununla bağlı hazırlanan qanun layihəsinin müəlliflərindən olan deputat Dmitri Vyatkin cərimələrin vətəndaşlar üçün 10 min rubl, məmurlar üçün isə 50 min rubla qədər artırılmasının nəzərdə tutulduğunu deyib.
Hazırkı qanunvericiliyə görə, bu cərimələr vətəndaşlar üçün 500-1000 rubl, məmurlar üçün 4-5 min rubl civarındadır.