25 Sentyabr 2020 19:25
4 142
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın İdlib vilayətində birgə patrul xidməti həyata keçirən Türkiyə və Rusiya hərbçiləri silahlı hücuma məruz qalıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumatda hərbçilərə əl bombaları atıldığı bildirilib.

Hərbi qüvvələrin zirehli personal daşıyıcısının atəşə tutulması nəticəsində bir nəfərin yaralandığı və iki rus əsgərinin mərmi şokuna məruz qaldığı açıqlanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər