İstanbulda Fələstin Azadlıq Təşkilatı (FƏT) və Həmas Hərəkatı arasında keçirilən görüş zamanı müəyyən razılaşmalar əldə edilib.
Teleqraf.com xəbər verir k, bu barədə Həmasın milli əlaqələr bürosunun rəhbəri Husam Bedran bildirib.
Bedranın sözlərinə görə, toplantılarda xalqın müqaviməti, milli birlik liderliyinin qurulması, fələstinli qrupların və vətəndaş cəmiyyəti quruluşlarının iştirakı ilə ortaq anlaşamanın əldə olunması kimi məsələlər müzakirə edilib:
“Gündəliyə çıxarılan məsələlər fonunda ortaq əməkdaşlıq saxlanıldı. Xüsusilə, Qərbi Şeria və Qüds məsələsinə fokuslaşmışıq. İstanbulda baş tutan görüş Fələstin xalqının müxtəlif qruplarının, Mərkəzi Şurasının, icra komitəsinin və ən əhəmiyyətlisi, FƏT-in idarəçiliyində olan fərqli qurumların bir araya gəlməsi və Fələstinin milli birliyinə nail olmaqla bağlı idi”.
Husam Bedran qeyd edib ki, FƏT və Həmas arasında dialoqun qurulmasındakı roluna görə Türkiyəyə təşəkkür edirlər: “Türkiyənin Fələstin məsələsini gündəmdə saxlaması, Prezident Ərdoğanın BMT Baş Assambleyasında bu mövzunu gündəmə gətirməsi, fələstinlilərin hüquqlarını müdafiə etməsi bizim üçün son dərəcə əhəmiyyətlidir.
İstanbulda bir araya gəlməyimiz tamamilə iki tərəfin qərar ilə baş tutub, hər hansı bir dövlətin müdaxiləsi və müşahidəsi ilə həyata keçirilməyib.Türkiyə bu prosesə sadəcə ev sahibliyi edib, logistik dəstək verib”.
Həmas nümayəndəsi bildirib ki, görüşlər davam edəcək.