Dünyada silaha ümumilikdə 1 trilyon 686 milyard dollar xərcləndiyi halda, təkcə ABŞ tərəfindən xərclənən bu rəqəm 611 milyard dollardır.
Teleqraf.com xəbər verir ki, türk mediası Silahlı Qüvvələrə ən çox pul xərcləyən ölkələrin siyahısını təqdim edib.
140 ölkə arasında Azərbaycan da yer alıb. Azərbaycan Silahlı Qüvvələri siyahıda 3 milyard dollarlıq xərclə 48-ci, bədnam qonşumuz Ermənistan isə 83-cü yerdə qərarlaşıb. Azərbaycan bu rəqəmlə keçmiş sovet məkanında Rusiya (66.4 milyard) və Ukraynadan (3.6 milyard) sonra üçüncü yerdədir.
Türkiyə sırada 15.2 milyard dollarlıq xərclə 15-ci yeri tutur.
Qeyd etdiyimiz kimi, siyahıya 611 milyardlıq xərclə ABŞ liderlik edir.
Sonrakı yerlər isə belədir:
Çin (214.7 milyard), Səudiyyə Ərəbistanı (87.1 milyard), Rusiya (66.4 milyard), İngiltərə (55.4 milyard), Hindistan (51.2 milyard), Fransa (50.8 milyard), Yaponiya (40.8 milyard), Almaniya (39.3 milyard) və Cənubi Koreya (36.4 milyard).