20 Oktyabr 2020 22:26
3 257
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Maliyyə Nazirliyi İran Gəmiçilik Şirkəti və ona bağlı qurumlarla əməkdaşlıq edən 6 Çin və Honq-Konq şirkətinə qarşı sanksiya tətbiq etdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Çin və Honq-Konqun 6 hüquqi qurum və iki fiziki şəxsi bundan əvvəl bir İran şirkəti ilə əməkdaşlıq etdiklərinə görə ABŞ hökumətinin sanksiyalarına məruz qalıblar.

Dövlət katibi Mayk Pompeo məsələ ilə bağlı bəyanat yayaraq, İran Gəmiçilik Şirkəti ilə əməkdaşlıq edən beynəlxalq şirkət və qurumlara yenidən xəbərdarlıq edib:

“Dünya birliyi artıq çoxdan bilir ki, İran rejimi Gəmiçilik Şirkətindən özünün hərbi və ballistik raketlər proqramı üçün vacib və həssas sayılan hərbi avadanlıqların daşınması üçün istifadə edir. Bizim xarici şirkətlərə xəbərdarlığımız aydındır. Əgər siz İran İslam Respublikasının Gəmiçilik Şirkəti və ona bağlı qurumlarla əməkdaşlıq etsəniz, özünüzü ABŞ-ın sanksiyalarına məruz qoymuş olacaqsınız”.

ABŞ Maliyyə Nazirliyinin “qara siyahı”sına salınan şirkətlər arasında Çinin “Delight Shipping”, “Gracious Shipping”, “Noble Shipping” və “Supreme Shipping” şirkətlərinin adları da var.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər