22 Oktyabr 2020 11:24
2 915
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da fəaliyyət göstərən Türk-Amerika Təhlükəsizlik Fondu (TASFO) Azərbaycan Silahlı Qüvvələrinə humanitar yardım kampaniyası aparır.

Teleqraf.com xəbər verir ki, bu barədə Feysbuk hesabında TASFO başqanı Fatih Özonur məlumat verib.

“Türk-Amerika Təhlükəsizlik Fondunun azərbaycanlı əsgərlərə yardım kampaniyası çərçivəsində topladığı ianələr yola salınacaq. Toplanılan ianələr və burada iştirak edənlərlə bağlı məlumatlar Türkiyə və Azərbaycan konsulluqlarına təqdim ediləcək. Yardımın ümumi dəyəri 45.360 lirədir. Kampaniyanı sosial şəbəkələrdə davam etdirəcəyik”, - Fatih Özonur bildirib.

TASFO başqanı əsas məqsədlərinin reklam olmadığını deyib:

“Biz müqəddəs davamıza dəstək veririk. Bizə etimad edənlərin etimadını, güvənini doğrulduruq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər