22 Oktyabr 2020 16:51
7 060
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov desant qüvvələrinin Qarabağa göndərilməsi ilə bağlı açıqlamanı şərh edərək, bu münaqişənin sülh yolu ilə həllinə alternativ olmadığını söyləyib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında danışıb.

“Rusiya mövcud vəziyyəti siyasi və diplomatik həll kanalına gətirmək üçün əlindən gələni etdi və edir. Hələ də əminik ki, bu problemin sülh yolu ilə həllinə alternativ yoxdur”, - Peskov bildirib.

Əlavə edək ki, bundan əvvəl Rusiyadakı erməni diasporuna yaxınlığı ilə seçilən deputat Konstantin Zatulin Qarabağa rus desant qüvvələrinin göndərilməsini təklif edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər