4 Noyabr 2020 08:35
1 968
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dünya mətbuatında müxtəlif formada işıqlandırılır. Bu zaman Azərbaycan tərəfinin möveyini obyektiv işıqlandıran mətbuata, o cümlədən siyasi icmalçılara, ictimai xadimlərə erməni lobbisi tərəfindən təzyiqlərin olması faktlarına rast gəlirik. Rusiyalı ekspertlər Maksim Şevçenko və İqor Korotçenko hədələnir. Onlara edilən təzyiqlər insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında konvensiyanın birbaşa pozulmasıdır. Bu, mənəvi terror anlamı yaradır.

Teleqraf.com xəbər verir ki, bu sözləri Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev deyib.

Onun sözlərinə görə, Qarabağ münaqişəsi başlayandan bu vaxta kimi ermənilər dünya ictimayyətini yalan məlumatlarla aldadıb, bu davranış indi də davam etməkdədir: "Ermənilər yalan üzərində həqiqət yaradırlar, həqiqəti, ədaləti öz maraqlarının təmin edilməsində görürlər. Axı dünya ermənilərdən ibarət deyil, dünyada haqqı, ədaləti müdafiə edən prinsipial insanlar az deyil. Ermənilər o qədər yalan danışıb ki, artıq bu yalanlar əks-reaksiya verməkdədir.

Dünyanın bir neçə dövlətlərində, o cümlədən ABŞ-da, Avropada, Rusiyada azad mətbuata ermənilər tərəfindən edilən təzyiqlər birinci dəfə deyil. Zaman-zaman bu cürə təzyiqlərlə dünyaya yaydıqları iftira dolu yalanlarının üstünü ört-basdır ediblər. İndi bu yalanlarının üstünün açılmasından və dünya ictimayyətinin nifrətindən qorxurlar. Erməni diasporu bununla yanaşı insanları düşüncəsinə, fikirinə görə də təqib edirlər. Onlar hesab edirlər ki, hamı ermənilər kimi düşünməli, onların fikirləşdiyi kimi fikirləşməlidir. Onların bir şüarı var: kim ermənilər kimi düşünmür düşmən, kim ki erməni kimi düşünür, dostdur prinsipinə əməl edirlər. Rusiyalı ekspertlər Maksim Şevçenko və İqor Korotçenkonun fikir və düşüncələrini azad şəkildə ifadə etdiklərinə görə ermənilər tərəfindən təqiblərə məruz qalmaları bunu bir daha təsdiqləyir".

Azad Məsiyev xatırladıb ki, insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında konvensiyanın 10-cu maddəsində açıq şəkildə hər bir kəsin fikrini ifadə etmək azadlığına malik olduğu vurğulanır: "Bu konvensiya dünya dövlətləri tərəfindən qəbul edilmiş bir öhdəlikdir, azad mətbuat da insan haqlarının təməl prinsiplərindən biri kimi dövlətlər tərəfindən qorunmalıdır.

Azad mətbuata, öz fikrini sərbəst şəkildə ifadə edən şəxslərə hədə-qorxu gəlmək, bu və ya digər formada təzyiq göstərmək mənəvi terror anlamı yaradır. Terror mahiyyət etibarı ilə qorxu, dəhşət deməkdir. Qorxu yaratmaq təkcə qan tökməklə olmur, bunun müxtəlif forma və üsulları mövcuddur. Mənəvi terror da insanların düşüncəsinə və fikirləinə görə təqib olunmasından qaynaqlanır. Ermənistan-Azərbaycan münaqişəsi zamanı həqiqətləri dünya ictimaiyyətinə çatdıran mətbuata, o cümlədən siyasi icmalçılara qarşı erməni lobbiləri tərəfindən edilən təzyiqlər yolverilməzdir. Bu, beynəlxalq konvensiyanın pozulması deməkdir, bu cür hallar hansı dövlətdə baş verirsə, qarşısı müvafiq qurumlar tərəfindən təcili alınmalıdılar. Azərbaycanın haqlı mövqeyini obyektiv işıqlandırdıqlarına görə, hansı dövlətdə olmasından asılı olmayaraq təziqə məruz qalan mətbuat orqanları, şəxslər və ya politoloqları müdafiə etmək bizim mənəvi borcumuzdur".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər