17 Oktyabr 2014 16:16
1 105
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Kobaniyə hərəkətə keçməməsinə səbəb Türkiyə ilə “İraq-Şam İsalm Dövləti” (İŞİD) terror təşkilatının düşmənlərinin bir olmasıdır.

Teleqraf.com-un Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, bu barədə məqalə İngiltərənin nüfuzlu Daily Telegraph qəzetində dərc olunub.

Məlumatda qəzet Ərdoğanın Kobaniyə yönəlik siyasətini sərt şəkildə tənqid edib. Yazıda bildirilir ki, Türkiyə də İŞİD də kürdlərə və Əsəd rejiminə qarşı mübarizə aparır:

“Buna görə də, Türkiyə İŞİD-ə qarşı barmağını belə tərpətmir. Türkiyə illərdir müstəqil kürd dövlətinin yaranmasına qarşı vuruşur. Ərdoğan açıq şəkildə kürdlərə borcu olmadığını deyir. Buna görə də, o Kobaniyə dəstək məsələsində ürəksizdir”.

Samir


Müəllif:

Oxşar xəbərlər