ABŞ hökuməti TikTok-a qoyulan qadağanı daha 15 gün uzatmaq qərarı verib.
Teleqraf.com xəbər verir ki, qadağa noyabrın 27-dək qüvvədə olacaq.
Qeyd edək ki, daha əvvəl ABŞ-ın Ticarət Nazirliyinin tətbiqetməni faktiki olaraq hələlik qadağan etməyəcəyi açıqlanmışdı.
Tramp administrasiyası dəfələrlə TikTok-un Çin hökuməti ilə əlaqəli olduğunu və istifadəçiləri izlədiyini iddia edib.