15 Noyabr 2020 20:58
30 399
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bütün zülmlərə, işgəncələrə və xəyanətlərə baxmayaraq, mübarizə bayrağımızı heç vaxt endirmədik. Mücahidlərimizin və mehmetçiklərimizin tarixi mübarizəsi ilə qələbə qazandıq. Keçmişi unutmadan birlikdə dinc bir gələcək quracağıq”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə lideri bundan sonra da Şimali Kipr Türk Cümhuriyyətinin haqlarını qoruyacağını bildirib:

“Bir tərəfin səyi həll yolunu açmaq üçün kifayət deyil. 2017-ci ildə Yunan Kipri masadan qaçdı. Bəs Avropa İttifaqı atılan addımlara baxmayaraq vədlərini yerinə yetirdimi? Yox. Şimali Kiprə verməli olduqları dəstəyi vermədilər. Zəmanətçi ölkə olaraq, nə biz, nə də Şimali Kipr artıq diplomatik oyunlara dözməyəcək. Bu gün Kiprdə iki ayrı dövlət var. Yunanlarla əməkdaşlığı bərpa etmək mümkün deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər