Adekvat Partiyasının funksioneri Konstantin Ternakalyan hücuma məruz qalıb. Onu vəhşicəsinə döyüblər.
Teleqraf.com xəbər verir ki, bu barədə erməni hüquq müdafiəçisi Ruben Melikyan bildirib.
Hüquq müdafiəçisi deyib ki, satqın Paşinyanın möveyini müdafiə edən iki nəfər küçədə Ternakalyanı soyuq silahla vurublar: “Ona üz nahiyəsindən və ayağından xəsarət yetiriblər".
Ruben Melikyan qeyd edib ki, bu hücumun məsuliyyəti şəxsən vətəndaş qarşıdurmalarının əsas təşəbbüskarı Nikol Paşinyanın üzərinə düşür.