ABŞ-ın yeni prezidenti Co Beyden ölkəsinin BMT-dəki səfiri postuna Linda Tomas Qrinfildin namizədliyini irəli sürəcək.
Teleqraf.com ABŞ mediasına istinadla xəbər verir ki, xanım Qrinfild Barak Obamanın prezidentliyi dövründə Afrika dövlət katibinin köməkçisi vəzifəsində çalışıb.
ABŞ mediasının proqnozuna görə, Co Bayden məhz bu şəxsin BMT-dəki səfiri postuna namizədliyini təqdim edəcək.
Qeyd edək ki, bundan əvvəl ABŞ mediası iddia edib ki, Bayden dövlət katibi postuna Antoni Blinkenin namizədliyini irəli sürəcək. O, Baydenin xarici siyasət üzrə müşaviridir və Obamanın prezidentliyi dövründə dövlət katibinin müavini vəzifəsini tutub.