20 Oktyabr 2014 01:09
1 080
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın Səlahəddin vilayətində İŞİD-ə qarşı geniş geniş miqyaslı uğurlu əməliyyat keçirilib. Teleqraf.com-un məlumatına görə, Səlahəddin vilayətinin mərkəzi Tiqritdə və vilayətinin Beyci rayonunda keçirilən əməliyyatlara İraq və ABŞ təyyarələri da havadan dəstək verib.

Diyalə polisi tərəfindən İŞİD-ə qarşı təşkil edilən əməliyyatlarda aralarında təşkilatın "Şəriət hakimi” Əbu Aişənin də olduğu 30 yaraqlı öldürülüb.

İraq Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Tiqrit şəhər mərkəzi və Beyci rayonu arasında olan və uzun zamandan bəri İŞİD-in əlinə keçmiş Əl-Hamra, Əl-Mihazam, Əl-Həccac, Əl-Muaskerat bölgələri də İŞİD-in əlindən alınıb.



Müəllif:

Oxşar xəbərlər