Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalındakı əməliyyat bölgəsinə girməyə çalışan 3 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin verdiyi açıqlamada bildirilib.
“Sabitlik və təhlükəsizliyi pozmaq üçün “Sülh Çeşməsi” (“Barış Pınarı”) bölgəsinə girməyə cəhd göstərən 3 PKK/YPG terrorçusu hərbi qüvvələrimiz tərəfindən zərsizləşdirilib”, - açıqlamada qeyd edilib.