8 Dekabr 2020 14:35
5 826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İzmir şəhər prokurorluğu 2016-cı ildə dövlət çevrilişinə cəhd edən Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqələrdə ittiham olunan 304 hərbi qulluqçunun həbsi üçün order verib. Onlardan 295-i hazırda hərbi qulluqdadır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Əməliyyatın Türkiyənin 50 vilayətində aparıldığı, artıq 198 nəfərin saxlanıldığı bildirilir.


Müəllif: Səxavət

Oxşar xəbərlər