16 Dekabr 2020 17:33
14 651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə istehsal olunan və sınaqlardan uğurla çıxan yerli “HİSAR A” raketləri Silahlı Qüvvələrin inventarına daxil ediləcək.

Teleqraf.com xəbər verir, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.

“Milli və yerli “HİSAR A” Silahlı Qüvvələrin inventarına daxil edilməzdən əvvəl qəbul testi aparılıb. Son sınaq bir neçə ay gecikmişdi. Xaricdən aldığımız hissələrə embarqo qoyuldu. Yerli hissəni qısa müddətdə istehsal edə bildik, raketlə birləşdirdik və qısa müddətdə nəticə əldə etdik. “HİSAR A" raketimizin kütləvi istehsalı uğurlu olsun”, - Ərdoğan bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər