27 Dekabr 2020 23:56
385
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün İsraildə pandemiya dövrünün üçüncü total karantin rejimi başlayıb.

Teleqraf.com xəbər verir ki, yanvarın 9-dək israillilərə zərurət olmadıqda evlərindən bir kilometrdən çox uzaqlaşmaq, bir-birinə qonaq getmək qadağan olunub. Karantin müddətində zəruri tələbat malları satan mağazalar istisna olmaqla, bütün ticarət obyektləri bağlanacaq, restoranlara yalnız çatdırılma xidmətləri göstərməyə icazə veriləcək.

Qeyd edək ki, dekabrın 20-də İsraildə koronavirus qarşı milli vaksinasiya kampaniyasına start verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər