29 Dekabr 2020 14:19
1 102
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizim beynəlxalq münasibətlərlə bağlı zəngin gündəliyimiz var. Əlbəttə, bura Suriya böhranının nizamlanması üzrə Astana formatı üzərində iş, Liviyada nizamlanma üzrə qarşılıqlı fəaliyyət, Yaxın Şərqlə bağlı bəzi məsələlər və hazırda prioritet plana çıxan Dağlıq Qarabağ tematikası daxildir.

Teleqraf.com xəbər verir ki, bunu Soçi şəhərində keçirilən Yüksək Səviyyəli Rusiya-Türkiyə Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyət göstərən Birgə Strateji Planlaşdırma Qrupunun səkkizinci iclasının açılış hissəsində Rusiyanın Xarici işlər naziri Sergey Lavrov bildirib.

O qeyd edib ki, görüş zamanı həmçinin, Qara dəniz və Mərkəzi Asiya regionu ilə bağlı da müzakirələr aparılacaq.

S.Lavrov deyib ki, Birgə Strateji Planlaşdırma Qrupunun iclası zamanı münasib zaman yetişən kimi dövlət başçılarının iştirakı ilə keçiriləcək Yüksək Səviyyəli Rusiya-Türkiyə Əməkdaşlıq Şurasının iclasına hazırlıq məsələləri də müzakirə ediləcək.

Rusiya xarici siyasət idarəsinin başçısı qeyd edib ki, iki ölkə prezidenti arasında çox sıx əlaqələr mövcuddur:

“Pandemiyaya baxmayaraq onlar bu il ərzində 3 dəfə üzbəüz görüşüblər. Bir dəfə Astana formatı çərçivəsində videokonfrans vasitəsilə keçirilən sammitdə iştirak ediblər. Təxminən 20 dəfə isə telefon əlaqəsi saxlayıblar. Bu statistika bizim tərəfdaşlığımızı tamamlayır. Ona görə də bu gün iqtisadiyyat, mədəni, humanitar və əlbəttə, turizm sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəyik”.


Müəllif: Səxavət

Oxşar xəbərlər