2 Yanvar 2021 22:55
1 639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Somalidə Türkiyəyə məxsus inşaat firmasının işçilərinə qarşı terror aktı nəticəsində 1 Türkiyə vətəndaşı ölüb, 4 nəfər isə yaralanıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyəyə məxsus şirkətin əməkdaşlarının çalışdığı əraziyə partlayıcı quraşdırılmış motosiklet hücum edib. Biri Türkiyə vətəndaşı olmaqla 4 nəfər ölüb, 4 Türkiyə vətəndaşı isə yaralanıb: "Somalinin inkişafına töhfə verən bir türk şirkətinin işçilərini hədəf alan bu çirkin hücumu qətiyyətlə qınayırıq. Yaralananların tezliklə sağalmasını diləyirik, dost və qardaş Somali xalqının və hökumətinin yanında olduğumuzu bir daha vurğulayırıq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər