5 Yanvar 2021 21:14
1 332
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezident Vladimir Putinin üç il əvvəl haqqında bəhs etdiyi və o vaxtdan bəri dünya tərəfindən maraqla gözlənilən yeni raketi sınaqdan keçirməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, 10 min kilometr məsafə qət etdiyi deyilən ballistik raketin digər xüsusiyyətləri də açıqlanıb.

Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumata görə, RS-18 “Sarmat” düşmənin raket əleyhinə müdafiə sistemini dağıtmaq üçün eyni anda 10 böyük termonüvə döyüş başlığı və ya 16 kiçik döyüş başlığını ata bilir.

100 tonluq strateji raketin təxminən 10 min kilometrə qədər gedə biləcəyi deyilir.

Döyüş başlıqlarının hər birinin fərqli bir obyekti hədəfə ala biləcəyi iddia olunur.

Qərbdə “Şeytan” kimi tanınan RS-28 “Sarmat” dünyanın ən ağır qitələrarası ballistik raketi olan sovet dizaynlı SS-18 “Voyevoda”nı əvəz edəcək. Raketlər həm Şimal, həm də Cənubi qütblərindən hədəfləri vura bilər.

“Sarmat” raketi həmçinin qitələrarası ballistik raketlər əleyhinə hazırlanmış 24-ə qədər yeni “Avanqard” hipersəsli raketini daşıya bilər.

Hərbi mütəxəssislər “Sarmat”ın “Avanqard”ın səs sürətindən 27 qat daha sürətli uça biləcəyini deyirlər. 2016-cı ildəki ilk sınağında saatda 12 min kilometr sürət qeydə alındığı və “Avanqard”ın daşıdığı nüvə başlığının partlama səmərəliliyindən 2 meqaton TNT-dən çox olduğu bildirilib.

Rusiyanın Strateji Raket Qüvvələrinin komandanı Sergey Karakayev dekabr ayında “Sarmat”ın 2022-ci ilə qədər xidmətə başlayacağını açıqlayıb. Raketin ABŞ-ın Texas ştatı və ya Fransa böyüklüyündə bir ərazini məhv edə biləcəyi iddia olunur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər