7 Yanvar 2021 13:56
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağ Evin Milli Təhlükəsizlik müşavirinin müavini Matt Pottinger Konqresin inzibati binasına hücum və hakimiyyəti zorla əldə saxlama cəhdindən sonra istefa verib.

Teleqraf.com CNN-ə istinadən xəbər verir ki, Pottingerə yaxın qaynaq onun prezidentin baş verənlərə reaksiyasına cavab olaraq istefaya getdiyini bildirib.

Məlumat üçün bildirək ki, Pottinger Tramp administrasiyasında Çinlə bağlı həyata keçirilən siyasətdə əsas şəxs sayılırdı.

ABŞ mediası Ağ Evdə istefaların davam edəcəyini anons edir.


Müəllif: Cavad

Oxşar xəbərlər