12 Yanvar 2021 22:14
1 095
12 Punto 14 Punto 16 Punto 18 Punto

Breksitdən sonra yaranan qeyri-müəyyənliyi Türkiyənin Avropa ailəsində layiq olduğu yeri tutması ilə aradan qaldırmaq mümkün olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Son illərdə hava məkanı pozuntularını və xüsusən də, hərbi statusu olan adalardakı qanunsuz fəaliyyətlərini artıran Yunanıstanı getdikcə böyüyən fəaliyyətlərindən imtina etməyə dəvət edirik. İnanıram ki, qonşumuz Yunanıstanla yanvarın 25-də başlayacaq danışıqlar yeni bir dövrün xəbərçisi olacaq. Avropa Birliyi 2004-cü ildə Kipr məsələsinin həllinə “yox” Yunan Kiprini tam üzvlüyə layiq görsə də, referenduma “hə” Türk Kipri qarşısında götürdüyü öhdəliklərini unudub. Avropa Birliyinin bu öhdəlikləri yerinə yetirməsini gözləyirik. Vəziyyət belədirsə, Avropa Birliyi Kipr məsələsinin həllində necə asanlaşdırıcı rol oynaya bilər?”, - Türkiyə lideri bildirib.

Ərdoğan hesab edir ki, Türkiyənin AB tərəfindən tam üzvlüyə qəbulu birliyin gələcəyi üçün ontoloji seçim olacaq: “Breksitdən sonra yaranan qeyri-müəyyənliyi Türkiyənin Avropa ailəsində layiq olduğu yeri tutması ilə aradan qaldırmaq mümkün olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər