13 Yanvar 2021 12:23
1 227
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lüksemburq Xarici İşlər naziri Jan Asselborn və Avropa Birliyinin nümayəndələrinin ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşmək istəmədikləri, bu səbəbdən Dövlət Departamentinin rəhbərinin Avropaya planlaşdırılan səfərinin ləğv edildiyi bildirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa ölkələrinin diplomatik mənbələrinə istinadla “Röyter” məlumat verib.

Məlumata görə, Pompeo Brüsseldə AB liderləri ilə görüşdən əvvəl Lüksemburqa getmək istəyib, lakin bu ölkənin nümayəndələri onunla danışmaq istəmədiklərini dilə gətiriblər. Buna qədər Pompeonun Brüsselə səfər planı hələ qüvvədə qalıb.

“Röyter” ABŞ-ın müttəfiqlərinin Konqresin binasındakı iğtişaşlar səbəbiylə Pompeonun qarşıdakı səfərində maraqlı olmadıqlarına diqqət çəkib.

Lüksemburq Xarici İşlər Nazirliyi agentliyə Pompeo ilə görüşün ləğv edildiyini təsdiqləyib, lakin qərarın təfərrüatları açıqlanmayıb. Aİ bu məlumata şərh verməkdən imtina edib.

NATO qərargahı bundan əvvəl Pompeonun NATO baş katibi Yens Stoltenberqlə bu gün görüşəcəyini bildirmişdi, lakin ən ən azı 15 ildə ilk dəfə ittifaq ABŞ Dövlət katibinin səfəri ilə əlaqədar mətbuat konfransı təşkil etməyəcəyini açıqlamışdı.

Pomeonun Belçika baş nazirinin müavini, Avropa işləri və xarici ticarət naziri Sofiya Vilmeslə də görüşü planlaşdırılırdı.

AB-nin mətbuat xidməti Pompeonun səfəri ilə bağlı açıqlama verməkdən imtina edib. Lakin Avropa Komissiyası birliyin yaxın günlərdə ABŞ dövlət katibi ilə görüş planlaşdırmadığını bildirib. ABŞ Dövlət Departamenti Pompeonun 13-14 yanvar tarixlərində Belçikaya səfəri də daxil olmaqla bu həftə üçün bütün səfərlərini ləğv edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər