Rusiya Birbaşa İnvestisiyalar Fondu Macarıstan tərəfi ilə koronavirus əleyhinə Rusiya istehsalı olan ”Sputnik V” peyvəndinin tədarükü üçün müqavilə imzalayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Səhiyyə naziri Mixail Muraşko Macarıstanın Xarici işlər və xarici ticarət naziri Peter Siyyarto ilə görüşdən sonra məlumat verib.
“Rusiya Birbaşa İnvestisiyalar Fondu və Macarıstan tərəfi Macarıstana peyvənd tədarükü üçün müqavilə imzaladı”, – deyə TASS nazirin sözlərindən sitat gətirir.
O, həmçinin, Rusiyanın “Sputnik V”nin tətbiqi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatı ilə fəal şəkildə əməkdaşlıq etdiyini də qeyd edib.
“Bizim prioritetimiz peyvəndin sürətləndirilməsidir. Peyvəndin tədricən çatdırılması səbəbindən biz etibarlı bir peyvəndin sürətli təminatını əldə edə biləcəyimiz yeni mənbə axtarmaq məcburiyyətində qaldıq”, – bunu isə macar nazir bildirib.
P.Siyyartonun sözlərinə görə, “Sputnik V”nin Macarıstana çatdırılması üç mərhələdə həyata keçiriləcək.