26 Yanvar 2021 16:50
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Estoniyadakı korrupsiya iddiaları səbəbindən bu ayın əvvəlində baş nazir postundan istefa verən Yuri Ratasın yerinə keçən şəxsin adı bəlli olub.

Teleqraf.com xəbər verir ki, keçmiş baş nazir Siym Kallasın 43 yaşlı qızı Kaya Kalla ölkənin yeni və ilk qadın baş naziri kimi tarixə düşüb.

İslahatlar Partiyasının lideri Kallasın namizədliyi dünən parlament tərəfindən qəbul edilib.

Kallasın sələfi Ratas rəhbərlik etdiyi Mərkəz Partiyasının adının korrupsiya iddialarına qarışmasından sonra – yanvarın 13-də vəzifəsindən istefa verib. Ratasın istefası ilə koalisiya hökuməti buraxılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər