29 Yanvar 2021 00:44
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çexiyanın keçmiş prezidenti Vatslav Klaus Praqanın gigiyena şöbəsi tərəfindən 10 min kron məbləğində (790 manat) cərimə edilib.

Teleqraf.com xəbər verir ki, sabiq prezident tədbirdə tibbi maskadan istifadə etməyib.

Xatırladaq ki, Vatslav Klaus ötən ilin noyabrın 17-də paytaxt Praqada keçirilən “Məxməri inqilab”ın 31-ci ildönümünə həsr edilən xatirə mərasimində polisin maska taxmaqla bağlı tələbini yerinə yetirməkdən imtina edib və 3 min kron (195 manat - Red) cərimələnib.

Çexiyanın ikinci prezidenti Vatslav Klaus 1941-ci ilin iyunun 19-da Praqada anadan olub. O, 2003-2013-cü illərdə Çexiya prezidenti olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər