2 Fevral 2021 17:22
1 851
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ başda olmaqla, bir sıra ölkələr Moskvanı həbsdə olan müxalifətçi Aleksey Navalnını azadlığa buraxmağa, hüquq sahəsindəki işləri şəffaf araşdırmağa çağırıb. Moskvanın prosesə tam fərqli tərzdə reaksiya verməsi dünyanın diqqətini yenidən Rusiyaya çevirib.

Teleqraf.com xəbər verir ki, ötən gün Rusiya mediası Moskvanın populyar restoranlarından birində Aleksey Navalnının köməkçisi ilə əcnəbi bir diplomatın görüşməsinə dair fotolar tirajlayıb.

Fotolarda Navalnın yaxın adamının Moskvadakı restoranlardan birində Mİ6-nın agenti ilə görüş səhnəsi yer alır.

Həmin fotolar Rusiyadakı aksiyaların Qərbin əli ilə törədildiyini və Navalnın Qərb kəşfiyyatı ilə əməkdaşlığını sübut etmək üçün təqdim edilir.

Navalnına bu gün 3,5 il həbs cəzasının verilməsi ehtimalının yüksək olduğu nəzərə alsaq, onun “əcnəbi cəsus” kimi rus xalqına təqdim edilməsi təsadüfi sayılmamalıdır.

Fotolarla yanaşı, yayımlanan videoda Vladimir Aşurkov adlı şəxsin ingilis diplomatı ilə gizli görüşdüyü və Putinə qarşı kampaniyalar üçün mümkün maliyyə dəstəyi istədiyi əks olunub.

Görüntülərdən tam aydın görünməsə də, “Russia Today” iddia edib ki, Navalnın köməkçisi pul üçün ingilis diplomatına yalvarıb.

Məlumata görə, görüntülər 2010-cu ildə əldə olunub. Navalnın yaxın dostunun İngiltərənin Moskvadakı səfirliyinin siyasi məsələlər üzrə ikinci katibi James Villiam Tomas Ford olduğu iddia olunur.


Müəllif: Nemət

Oxşar xəbərlər