Rusiya Minsk sazişlərin yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürməlidir.
Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, bu fikirlər bu gün Brüsseldə Avropa Birliyinə üzv ölkələrin dövlət və hökumət başçıları səviyyəsində keçirilən iclasında Ukrayna böhranı məsələsinin müzakirəsi zamanı bildirilib. İclas zamanı məsələ ilə bağlı bəyanat da qəbul edilib. Sənədə Avropa Birliyinin məsələ ilə bağlı gözləntiləri öz əksini tapıb:
“Birlik Rusiyadan Ukraynanın milli suverenliyini və ərazi bütövlüyünü tanımasını, eyni zamanda siyasi sabitliyin və iqtisadiyyatının bərpa edilməsinə töhvə verməsini gözləyir. Rusiya hakimiyyəti ərazisindən Ukraynaya keçə biləcək silah-sursatın qarşısını almalıdır”.
Bundan əlavə, Birlik hesab edir ki, Rusiya Ukraynada böhranın nizamlanması istiqamətində ATƏT-in səylərini dəstəkləməlidir.
Samir