Dünyanın ən zəngin adamlarından olan Bill Qeyts inəklərin qlobal istiləşmədə rolu olduğunu iddia edib. O, bunu inəklərin çıxardığı qazla əlaqələndirib. Bill Qeyts inkişaf etmiş ölkələri heyvan yetişdirməkdən imtinaya çağırıb.
Teleqraf.com xəbər verir ki, Bill Qeyts bu barədə “İqlim fəlakətləri” kitabında yazıb.
O, zəngin ölkələrə süni ət istehsalına keçməyi tövsiyə edib.
Bill Qeyts bununla metan qazlarının azalacağını hesab edir: “Bir gün inəklərin bağırsaqları haqqında danışacağım ağlıma gəlməzdi. İnəklər bakteriyaların metan qazı toplamasına səbəb olur və mədələri normal deyil.
Ən kasıb 80 ölkənin süni ət istehsal edə bilməyəcəyini düşünürəm. Fikrimcə, bütün varlı ölkələrin süni ət istehsalına keçməsi vacibdir. Dadı fərqli ola bilər, amma zaman keçdikcə buna öyrəşəcəklər. Əminəm ki, bu sahədə təcrübə artdıqca, ətin dadı da dəyişəcək”.