Avropa İnsan Haqları Məhkəməsi Rusiyadan həbs olunan müxalifətçi Aleksey Navalnının dərhal azad olunmasını tələb edib.
Teleqraf.com xəbər verir ki, qərara əsasən Rusiya Navalnının saxlanılma şəraiti və həyatının risk altında olub-olmaması ilə bağlı məlumat verməlidir.
Vurğulanıb ki, Navalnı fevralın 3-də məhkəməyə bildirib ki, Rusiyanın gördüyü tədbirlər onun həyatı və sağlamlığı üçün kifayət etmir. Bu səbəbdən Rusiya Navalnını dərhal azad etməlidir.
Qeyd edək ki, Aleksey Navalnı fevralın 2-də "İv Roşe" işi üzrə məhkəmə tərəfindən 3,5 illik həbsə məhkum edilib.